Hesablama Palatasına yeni auditor təyin edildi - Yenilənib

 Hesablama Palatasına yeni auditor təyin edildi -  Yenilənib
  22 Oktyabr 2019    Oxunub:4283
Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasına yeni təyinat olub.

Azvision.az xəbər verir ki, Hafiz Mahir oğlu İsmayılbəyli Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilib.
Bu təyinatadək Hesablama Palatasının 5 auditoru var idi. Onlar Cəfər Həsənov, Mehriban Əlişanova, Vaqif Həsənov, Firsənd Qurbanov və Fazil İbrahimovdur.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Hesablama   Palata   Auditor  





Xəbər lenti