Hacıqabulda evdən oğurluq edən şəxs tutulub

  22 Oktyabr 2019    Oxunub : 980
Hacıqabulda evdən oğurluq edən şəxs tutulub
Hacıqabulda mənzildən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Azvision.az -a DİN-in Mətbuat Xidmətinin Şirvan Regional qrupundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 12-də Hacıqabul rayon sakini Vasif Manafov DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 1350 manat olan məişət avadanlıqlarının oğurlanması ilə bağlı məlumat verib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini 35 yaşlı Ağaqulu Quliyev saxlanılıb. Dindirilmə zamanı A.Quliyev törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı məişət avadanlıqları satdığı şəxslərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Oğurluq