16 yaşında hamilə qalan qızla bağlı araşdırma aparılır

  21 Oktyabr 2019    Oxunub : 1884
 16 yaşında hamilə qalan qızla bağlı araşdırma aparılır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yetkinlik yaşına çatmamış qızın hamilə qalması ilə bağlı araşdırma aparır.

Komitədən Azvision.az -a bildirilib ki, qızın hansı şəraitdə ərə verilməsi, ona zorakılıq edilib-edilməməsi və digər məsələlər araşdırıldıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 5 aylıq hamilə olan 16 yaşlı qızın vəziyyəti yaxşıdır. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Qeyd edək ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə gətirilən 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızının Şəki rayonunun Suçma kənd sakini, 1997-ci il təvəllüdlü Babayev Bilal Möhəbbət oğlu ilə ailəli olduğu, lakin qız yetkinlik yaşına çatmadığı üçün nikahsız yaşadığı müəyyən edilib. Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu məlum olub.

Aytən Zəhra
Azvision.az

Teqlər: Komitə   Şəki   Qadın   Araşdırma