Hidayət Heydərov Çində üçüncü oldu

  20 Oktyabr 2019    Oxunub : 734
Hidayət Heydərov Çində üçüncü oldu
Mərkəzi Ordu İdman Klubunun (MOİK) üzvü, cüdoçu Hidayət Heydərov Çinin Uxan şəhərində keçirilən Hərbçilərin 7-ci Dünya Oyunlarında bürünc medal qazanıb.
Azvision.az xəbər verir ki, Azərbaycan idmançısı ilk turda serbiyalı Milos Simonoviçə, ikinci qarşılaşmada polşalı Damyan Şvarnovyekiyə, 3-cü görüşdə isə İsveçrə təmsilçisi Maykl Kistlerə ipponla qalib gəlib.

H.Heydərov 3-cü yer uğrunda görüşdə polşalı Blax Lukaz ilə qarşılaşıb. Cüdoçumuz rəqibini vazzari fəndi ilə məğlub edərək yarışı üçüncü yerdə başa vurub.

Azvision.az

Teqlər: Hidayət-Heydərov