Köməksiz qalan azyaşlılar xilas edilib

  20 Oktyabr 2019    Oxunub : 1616
Köməksiz qalan azyaşlılar xilas edilib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində və Bakı şəhərinin Yasamal rayonunda ayrı-ayrı ünvanlarda 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN