Deputatları MSK-da Rövzət Qasımov təmsil edəcək

  18 Oktyabr 2019    Oxunub : 1756
 Deputatları MSK-da Rövzət Qasımov təmsil edəcək
Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil etmək üçün yeni üzv müəyyənləşəcək.
Azvision.az xəbər verir ki, bunun bağlı Milli Məclisə layihə daxil olub.

Milli Məclisin müstəqil deputatlarının yığıncağına sədrlik edən parlament sədrinin müavini Valeh Ələsgərovun adından spiker Oqtay Əsədova ünvanlanan müraciətdə bildirilib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil edəcək Rövzət Qasımovun namizədliyi parlamentin müzakirəsinə təqdim olunur.

Qeyd edək ki, R.Qasımov MSK Katibliyinin müdiridir.

Azvision.az

Teqlər: MSK