Bakıda küçəyə atılan körpənin vəziyyəti ağırdır

  18 Oktyabr 2019    Oxunub : 1276
Bakıda küçəyə atılan körpənin vəziyyəti ağırdır
Bakının Qarabağ rayonunun Lökbatan qəsəbəsində bir günlük körpə küçəyə atılıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, küçəyə atılmış oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib.

"Uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb".

Aytən Zəhra
Azvision.az

Teqlər: SN   Körpə