1342 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib

  17 Oktyabr 2019    Oxunub : 746
 1342 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Cari ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 1342 nəfər qeydə alınıb.
Bu barədə Azvision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, müvafiq dövr ərzində 1045 nəfər Azərbaycandan gedən qeydə alınıb. Miqrasiya saldosu müsbət 297 nəfər təşkil edib.

Azvision.az

Teqlər: Statistika