“Türkiyənin “Barış pınarı” Trampın maraqlarına cavab verir”

“Türkiyənin “Barış pınarı” Trampın maraqlarına cavab verir”
  17 Oktyabr 2019    Oxunub:2565
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, politoloqlar Turan Rzayev və Kənan Paşayev Türkiyənin Suriyada təşkil etdiyi “Barış pınarı” antiterror əməliyyatları ilə bağlı mətbuat konfransı keçirib.
Azvision.az -ın məlumatına görə, mətbuat konfransında çıxış edən politoloq Elxan Şahinoğlu bildirib ki, terror təhlükəsi olduğundan Suriyada əməliyyat Türkiyənin haqqıdır.

E.Şahinoğlunun sözlərinə görə, Türkiyə uzun müddət terror təhlükəsinin önlənməsinin zəruri olduğunu bildirirdi: “Türkiyə prezidenti uzun müddət qeyd edirdi ki, terror təhlükəsini önləmək lazımdır. Amma çox təəssüf ki, müttəfiq, tərfdaş sayılan NATO dövlətləri, xüsusən ABŞ dəstək vermədilər. Gözə kül üfürmək üçün dedilər ki, gəlin ortaq patrul xidməti yaradaq. Amma bu da işin keyfiyyətinə az təsir edəcəkdi. Bunu Türkiyə rəhbərliyi də anlayırdı. Türkiyənin bu əməliyyatları Suriyanı işğal etmək məqsədi daşımır. Suriyadakı mövcud rejim əraziləri daxilində təhlükəsizliyi təmin edə bilmir. Ona görə Türkiyə bu əməliyyatlara başlamağa məcbur oldu”.

Politoloq qeyd edib ki, ABŞ Türkiyəni sanksiyalarla hədələsə də, əməliyyatın əleyhinə deyil: "Hətta Türkiyənin bu əməliyyatı Trampın maraqlarına cavab verir. Çünki Tramp prezident seçkilərindən əvvəl də demişdi ki, qoşunlarımızı hər yerdən, o cümlədən Suriyadan çıxarmalıyıq. Tramp sabiq Prezident Barak Obamanın bu səhvini düzəltmək istəyir.

Mətbuat konfransında çıxış edən politoloqlar Turan Rzayev və Kənan Paşayev də vurğulayıb ki, Türkiyənin Suriyada əməliyyat keçirməsi zərurətdən meydana çıxmış addımdır. Terror təhlükəsinin mövcudluğu Türkiyəyə haqq verir ki, terrorçuları neytrallaşdırsın.

Azvision.az


Teqlər: Elxan-Şahinoğlu   Türkiyə   Suriya  





Xəbər lenti