Komissiya sədri: “Uşağa ana südü ilə infeksiya keçə bilməz”

     Komissiya sədri:    “Uşağa ana südü ilə infeksiya keçə bilməz”
  17 Oktyabr 2019    Oxunub:2365
"Qadınların uşaqları ana südü ilə qidalandırmaq sahəsində bilikləri yetərincə deyil. Buna görə tibb işçiləri tərəfindən ana südünün dəstəklənməsi ilə bağlı təbliğat aparılır".

Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri, baş neonatoloq Rüstəm Hüseynov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda ana südü ilə bağlı UNİSEF və Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiya tərəfindən böyük bir proqram hazırlanır.

Baş neonotoloq xəstəxanalarda yenidoğulanlara həyatlarının ilk saatlarında ana südünün verilməməsi ilə bağlı fikirlərə münasibət bildirib:"Bu, Azərbaycanda tək-tək hallarda baş verir. Bütün ölkə üzrə tibb bacıları, doğum müəssisələri belə işləyir demək düzgün deyil. Mən öz xəstələrimə övladlarını ana südü ilə qidalandırmağı tövsiyə edirəm. "Qurani -Kərim"də deyilib, tibb də bəyan edir ki, uşaqlara iki il ana südü verilməlidir".

R.Hüseynov ana südü vasitəsilə uşağa hər hansı xəstəliyin keçməsi məsələsinə də aydınlıq gətirib. O, qeyd edib ki, ana südü ilə uşağa heç bir infeksiya keçə bilməz. Yalnız ana ağır dərmanlar qəbul edərsə, bunun fəsadları ola bilər.

Aytən Zəhra
Azvision.az



Teqlər: RüstəmHüseynov  





Xəbər lenti