“Qeyri-neft sektorunda artım ürəkaçan deyil” - Şahin Mustafayev

 “Qeyri-neft sektorunda artım ürəkaçan deyil” -  Şahin Mustafayev
  17 Oktyabr 2019    Oxunub:1755
"Son 3 il ərzində qeyri-neft sektorunda artım ürəkaçan deyil".
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə bildirib.

Nazir, bunun əsas səbəbləri kimi maliyyələşmə ilə bağlı problemləri qeyd edib: "Çünki Sahibkarlığın İnkişafı Fondu vasitəsilə bu ilin 9 ayında 130 milyon manat verilib, ilin sonuna qədər 170 milyon manat nəzərdə tutulub və icra olunacaq. Amma 130, ya 170 milyon manat sahibkarlığın maliyyələşdirilməsi üçün kifayət qədər vəsait deyil, çünki bank sektoru tərəfindən kifayət qədər maliyyələşmə həyata keçirilmir".

Azvision.az


Teqlər: İqtisadiyyat   Nazir  





Xəbər lenti