Prezidentdən Göyçay çayı ilə bağlı 7 milyonluq sərəncam

 Prezidentdən Göyçay çayı ilə bağlı 7 milyonluq sərəncam
  16 Oktyabr 2019    Oxunub:2305
Prezident İlham Əliyev Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az -ın xəbərinə görə, sərəncama əsasən, “Göyçay rayonu ərazisində Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirləri”nin başa çatdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 7.0 (yeddi) milyon manat ayrılıb.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti