Atasının adını daşıyan şəhid oğlu - FOTOLAR

  Atasının adını daşıyan şəhid oğlu -    FOTOLAR
  16 Oktyabr 2019    Oxunub:7371
23 il öncə düşmənin xeyli canlı qüvvəsini məhv edərək mühasirəyə düşən, ancaq erməni işğalçılarının əlinə keçməmək üçün özlərini qumbara ilə partladan yeddi xüsusi təyinatlı döyüşçünün anım günüdür. Vətən uğrunda canını fəda etmiş şəhidlərimizdən biri Vüqar Yarəhmədov olub.
Onun ölümündən 6 ay sonra dünyaya gələn oğlu Vüqar Yarəhmədov Azvision.az -a açıqlamasında atasının adını daşıdığına görə fəxr etdiyini bildirib. Hazırda hərbi xidmətdə olan Vüqar atasının yolu ilə getdiyini qeyd edib:

"Bir istəyimiz var ki, işğal altında olan torpaqlarımızı düşməndən azad edək və orada bayraqlarımızı qaldıraq. Artıq torpaqlarımıza geri qayıtmaq zamanıdır. Atam və digər döyüş yoldaşlarının igidlik tarixini öyrənmişəm. Onlar Azərbaycanın kəşfiyyat tarixini yazıblar. Biz də onların yazdığı tarixlə gedirik".











Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Şəhid   Oğul   VüqarYarəhmədov  





Xəbər lenti