MDB dövlətlərinin nümayəndələri DOST Agentliyində

MDB dövlətlərinin nümayəndələri DOST Agentliyində
  14 Oktyabr 2019    Oxunub:1503
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının Bakıda keçirilən XXXII iclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Şura üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və Agentliyin 1 saylı DOST mərkəzi ilə tanış olublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazir müavini Anar Kərimov qonaqların nəzərinə çatdırıb ki, Prezident İlham Əliyevin fərmanları ilə yaradılan DOST Agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsüdür. Agentlik dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi üzərində, vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunmasına xidmət edir.

Bu ilin may ayında açılışı olan, əmək, məşğulluq, əlillik, sosial təminat və s. sahələrdə 132 növ xidmət göstərən ilk DOST Mərkəzinə fəaliyyət göstərdiyi 5 ayda 40 mindən çox vətəndaş müraciət edib. Aparılan soğrular nəticəsində DOST xidmətlərinin keyfiyyətindən tam məmnunluq səviyyəsinin 93%-i keçdiyi müəyyən olunub. Cari ilin sonuna qədər daha iki DOST mərkəzinin açılması nəzərdə tutulur. 2025-ci ildə isə ölkədə onların sayı 31-ə çatdırılacaq.

Qonaqlar mərkəzin iş prinsipləri, burada əhaliyə göstərilən xidmətlər, eləcə də mərkəzin elektron xidmətlər sistemi, əlillik, pensiya, sosial sığorta, əmək münasibətləri, məşğulluq, sosial müavinət və təqaüdlər, sosial xidmətlər və s. sahələr üzrə xidmət bölmələri və s. ilə əyani tanış olublar. Onlar mərkəzlə bağlı xoş təəssüratlarını bölüşüb, DOST layihəsinin dövlət sosial xidmətlərinin əhaliyə çatdırılmasında uğurlu bir yenilik olduğunu vurğulayıblar.

Şura üzvləri üçün DOST Agentliyinin fəaliyyətinə dair təqdimat da edilib.

Azvision.az


Teqlər: ƏƏSMN   DOST   Agentlik  





Xəbər lenti