İtkin düşən balıqçının axtarışları davam etdirilir

   İtkin düşən balıqçının axtarışları davam etdirilir
  14 Oktyabr 2019    Oxunub:1514
Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədi ilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Axtarışlar Xaçmaz rayonu sahillərindən 95 km dənizin içinə doğru və sahilboyu ərazilərdə aparılıb. Nəticədə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: FHN   Balıqçı  





Xəbər lenti