Ərdoğan artıq Bakıdadır - Yenilənib

   Ərdoğan artıq Bakıdadır -  Yenilənib
  14 Oktyabr 2019    Oxunub:4547
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Azvision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

***
(15:12)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başlayıb.

Azvision.az xəbər verir ki, Ərdoğanı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycanın rəsmi şəxsləri, eləcə də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qarşılayıblar.

Azvision.az



Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti