“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri keçirilib

“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri keçirilib
  14 Oktyabr 2019    Oxunub:2727
Oktyabrın 14-də Sabirabad regional “ASAN xidmət” mərkəzində Yaponiyanın mədəniyyət günləri keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, bu, “ASAN Könüllüləri” tərəfindən multikulturalizm mövzusunda reallaşdırılan silsilə tədbirlər çərçivəsində gerçəkləşib.

Yaponiyanın ölkəmizdəki səfirliyinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə həmin ölkənin milli geyimləri, mətbəxinin ən məşhur nümunəsi olan suşi nümayiş etdirilib.



Həmçinin milli mətbəximizin təamları hazırlanaraq xüsusi guşədə təqdim olunub.

Mərkəzin könüllülərinin oriqami üsulunda hazırlanmış əl işlərinin sərgisi də keçirilib.

Yaponiyanın milli bayramları ilə əlaqədar olan guşədə isə həmin bayramların rəmzləri nümayiş etdirilib.











Azvision.az


Teqlər: ASANxidmət   Yaponiya   Mədəniyyət  





Xəbər lenti