“Rusiyada işləyənlər də DSMF-yə vəsait ödəməlidir” - Hadı Rəcəbli

 “Rusiyada işləyənlər də DSMF-yə vəsait ödəməlidir” -    Hadı Rəcəbli
  14 Oktyabr 2019    Oxunub:2725
Son 2 il ərzində ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində ciddi dəyişikliklər baş verib.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının Bakıda keçirilən XXXII iclasında deyib.
Onun sözlərinə görə, son illərdə parlament bu sahədə bir sıra ciddi sənədlər qəbul edib: "Bəzi hallarda qanunların qəbulu böyük əks-səda doğurub. Ciddi pensiya islahatları aparmışıq, pensiya yaşı 65-ə qaldırılıb. Pensiya təminatının elektronlaşdırılması çox vacibdir, bu əhali ilə işi asanlaşdırır. Vətəndaşların 80 faizi evdə olarkən pensiya təyinatı barədə sms və ya email vasitəsilə məlumat alır. Son illərdə sosial sahədə verilən sərəncam və fərmanlar nəticəsində 4,2 milyon əhali 40 faizdən 100 faizə qədər maliyyə dəstəyi qazanıb".

Komitə sədri qeyd edib ki, Rusiya və digər ölkələrdə işləyən azərbaycanlıların toplanan əmək fəaliyyəti staj kimi qəbul olunmur.

"Dövlətlərarası konvensiya olsa da, deyəsən, Rusiya tərəfindən ratifikasiya olunmayıb. İnsanların orada uzun müddət işləməsi və əmək haqqı alması sonda onun pensiyasına təsir etmir. Düşünürəm ki, dövlətlərarası konvensiyanı nəzərə alaraq, bu məsələdə qarşılıqlı addımlar atmalıyıq. Rusiyada çoxlu sayda azərbaycanl işləyir və onlar Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna vəsaitlər ödəməlidirlər. Bu məsələr üzərində iş aparmaq mümkündür".

Aytən Zəhra
Azvision.az



Teqlər: Hadı-Rəcəbli  





Xəbər lenti