“Özbəkistan Türk Şurasına üzv olmaqla tarixi addım atdı” - Çavuşoğlu
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türk Şurası XİN rəhbərlərinin Bakıda keçirilən görüşündə deyib.
Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir. İclasda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Qazaxıstan xarici işlər naziri Muxtar Tlueberdi, Qırğızıstan xarici işlər naziri Çingiz Ayderbekov, Özbəkistan xarici işlər naziri Abdulaziz Kamilov, Macarıstan xarici işlər naziri Peter Siyyarto iştirak edirlər.
Türk Şurasının yaradılmasının 10-cu ildönümünə təsadüf edən tədbir həm də Özbəkistanın quruma üzv olması ilə əlamətdardır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir.
Azvision.az