Qazaxıstana getmək istəyən azərbaycanlılara şad xəbər

Qazaxıstana getmək istəyən azərbaycanlılara şad xəbər
  14 Oktyabr 2019    Oxunub:2490
Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı vizasız səfərlər haqqında razılaşmaya dəyişikliklərin edilməsinə dair protokol imzalanıb.

Azvision.az xəbər verir ki, sənədə əsasən, Qazaxıstan və Azərbaycan vətəndaşlarının müvafiq olaraq bu ölkələrin ərazisində qalma müddəti 30 gündən 90 günə qədər artırılacaq, həmçinin vətəndaşlar 30 günə qədər rəsmi orqanlarda qeydiyyata düşməkdən azad ediləcəklər.
Protokol Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın DİN rəhbəri Erlan Turqumbayev tərəfindən imzalanıb. Dəyişikliklər hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək

Azvision.az


Teqlər: Qazaxıstan  





Xəbər lenti