Vasim Məmmədəliyev vəfat edib

 Vasim Məmmədəliyev vəfat edib
  14 Oktyabr 2019    Oxunub:4901
Şərqşünas alim, Əməkdar elm xadimi Vasim Məmmədəliyev vəfat edib.
Azvision.az xəbər verir ki, akademik bu gün 77 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, V.Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakının Kürdəxanı kəndində anadan olub. Bakı şəhər 113 saylı orta məktəbdə təhsil alıb. BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirib. O, akademik Ziya Bünyadov ilə birlikdə “Qurani Kərim”i ilk dəfə Azərbaycan dilinə tərcümə edib.

V.Məmmədəliyev Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri olub.

Azvision.az



Teqlər: VasimMəmmədəliyev  





Xəbər lenti