Ağcabədidə top mərmisi tapılıb

Ağcabədidə top mərmisi tapılıb
  14 Oktyabr 2019    Oxunub:1529
Ağcabədi rayonu, Haramı düzü ərazisində top mərmisi aşkarlanıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Azvision.az -a bildirilib ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.

Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib və aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az




Teqlər: ANAMA   Mərmi   Ağcabədi  





Xəbər lenti