Nazir müavini Gəncədə vətəndaşları qəbul edib
Qəbuldan əvvəl Gəncə şəhərinin mərkəzi meydanında yerləşən ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, qeyd olunmuş məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə isə Penitensiar Xidmətin aidiyyəti məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar qəbul üçün yaradılmış rahat və əlverişli şəraitdən razılıq edib, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra nazir müavini Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına baş çəkib, müəssisədə aparılan təmir-abadlıq işləri ilə tanış olub, həbs edilmiş şəxslərin hüquqlarının və mənafelərinin etibarlı qorunması, təcridxananın fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Azvision.az
Teqlər: Ədliyyə-Nazirliyi General Qəbul