Bu günə olan hava proqnozu
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-7° isti, gündüz 12-17° isti təşkil edəcək.
Azvision.az