Nazir DİN-in təmir olunan məktəbinə baş çəkdi
Nazir əsaslı təmir olunmuş yataqxanaya, tədris korpusuna, yeni istifadəyə verilmiş yeməkxana kompleksinə, tibb məntəqəsinə, idman meydançalarına və digər inşa edilmiş yardımçı sahələrə baxıb, burada gənc polis əməkdaşlarının normal yaşamaları və təhsil almaları üçün yaradılmış şəraitlə yaxından tanış olub, görülmüş işləri yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib. Tədbirin yekununda Daxili İşlər naziri V. Eyvazov inzibati binanın akt zalında məktəbin rəhbər və komandir heyəti ilə əməliyyat müşavirəsi keçirib.
Nazir müşavirədə bu gün daxili işlər orqanlarının sıralarında yüksək intellektə, geniş dünya görüşünə və biliyə malik gənclərin uğurla xidmət etdiyini məmnunluqla vurğulayıb, onların ən yaxşı ənənələri davam etdirəcəklərinə, bu təhsil ocağında alacaqları bilik və vərdişlərin cinayətkarlıqla mübarizədə uğurla tətbiq edəcəklərinə əminliyini bildirib.
Nazir məktəbin rəhbər və komandir heyətinə, pedaqoji kollektivinə uğurlar arzulayaraq onlara öz tələb və tövsiyələrini verib. Sonda məktəbin xidmətdə fərqlənən bir qrup əməkdaşı Daxili İşlər nazirinin müvafiq əmrləri ilə mükafatlandırılıblar.
Azvision.az
Teqlər: DİN