Səməd bəy Mehmandarovun xatirəsi anılıb

Səməd bəy Mehmandarovun xatirəsi anılıb
  12 Oktyabr 2019    Oxunub:1566
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri, general Səməd bəy Mehmandarovun anadan olmasının 164-cü ildönümü ilə bağlı Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tədbir keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, anım mərasimində çıxış edənlər Səməd bəy Mehmandarovun şərəfli həyat və döyüş yolundan danışıb, dövrünün görkəmli şəxsiyyətlərindən biri, eləcə də tanınmış hərbi xadim kimi Azərbaycan xalqı üçün xidmətlərindən bəhs ediblər.

Çıxışlardan sonra tədbir iştirakçıları Səməd bəy Mehmandarovun həyat və fəaliyyətindən bəhs edən videoçarxa baxıblar.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən hazırlanmış hərbi vətənpərvərlik mahnılarının ifası ilə başa çatıb.

Azvision.az



Teqlər: General   Mehmandarov  





Xəbər lenti