İlham Əliyev Aşqabadda Paşinyanla Qarabağı müzakirə edib - RƏSMİ

  12 Oktyabr 2019    Oxunub : 1878
 İlham Əliyev Aşqabadda Paşinyanla Qarabağı müzakirə edib - RƏSMİ
Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclası çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas barədə informasiyanı "Day.az"a şərh edib.


- Ermənistan baş nazirinin mətbuat katibi informasiya şəbəkələrində Aşqabadda iclas çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas barədə informasiya yayıb. Bununla əlaqədar nə deyə bilərsiniz?

- İclasda iştirak edən dövlət başçılarının şərəfinə təşkil olunmuş rəsmi nahar zamanı protokol qaydalarına uyğun olaraq əlifba sırası ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan yanaşı əyləşiblər. Təbii ki, orada təmas olub. Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Paşinyan   Qarabağ