Abşeronda avtomobil oğrusu ələ keçdi

Abşeronda avtomobil oğrusu ələ keçdi
  12 Oktyabr 2019    Oxunub:1978
Oktyabrın 11-də DİN-in “102” Zəng Mərkəzinə müraciət edən T.Paşayev avtomobilinin qaçırıldığı barədə məlumat verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Abşeron RPİ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb, “Moskviç 412” markalı avtomobilin Stansiya Sumqayıt yeni yaşayış sahəsindən qaçırıldığı müəyyən edilib.

Abşeron RPİ və Zəngilan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S.Əbilov Masazır qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Abşeron RPİ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: Avtomobil   Oğurluq  





Xəbər lenti