Vətəndaşı aldadıb bank hesabından pul çıxardılar

Vətəndaşı aldadıb bank hesabından pul çıxardılar
  11 Oktyabr 2019    Oxunub:1843
Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət edən Binə qəsəbə sakini E.Qənbərov oktyabrın 9-da saat 19 radələrində qəsəbə ərazisində 2 nəfərin onu aldadaraq bank hesabından 200 manatını çıxarmasını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - qəsəbə sakini T.Əliyev və Ucar rayon sakini S.Hüseynov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Cinayət   Kriminal   Cəza   Polis   Həbs  





Xəbər lenti