ETSN rəsmisi: “Süfrələrdə yemək üçün balıq tapılmır”

 ETSN rəsmisi:  “Süfrələrdə yemək üçün balıq tapılmır”
  11 Oktyabr 2019    Oxunub:2018
"Bu gün evlərdə, süfrələrdə yemək üçün demək olar ki, balıq tapılmır"
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda insanların il ərzində balıq məhsullarından istifadə çəkisi 3-4 kq təşkil edir. Halbuki bu göstərici dünya ölkələrində 20 kq, Asiya ölkələrində isə 40 kq təşkil edir.

H.Əlizadənin sözlərinə görə, uzun illər qeyri-qanuni fəaliyyət göstərən nohurçuluq təsərrüfatlarının inventarizasiyası, icazəsiz, xüsusən torpaq kateqoriyası uyğun olmayan ərazilərdə fəaliyyət göstərən, müəyyən özbaşınalıqlarla üzləşən təsərrüfatların qeydiyyata alınması üçün sənədlər hazırlanır.

"Hazırda ölkədə olan 894 təsərrüfatın 550-nin qeydiyyata alınması ilə bağlı işlər davam edir. Yaxın zamanlarda onların aidiyyəti qurumlarla birlikdə kateqoriyasının dəyişdirilməsi və bu təsərrüfatların qanuni fəaliyyət göstərməsi təmin ediləcək".

Direkor, həmçinin qeyd edib ki, bu, təsərrüfatda işləyən insanlar təminat alacaq, minlərlə insanın qanuni və uzun müddətli işlə təmin olunması həyata keçiriləcək və bununla da qida təhlükəsizliyi məsələsi təmin olunacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti