Rüstəm Usubov: “Seçkiyə müdaxilə edənlər məsuliyyətə cəlb olunacaq”

   Rüstəm Usubov:    “Seçkiyə müdaxilə edənlər məsuliyyətə cəlb olunacaq”
  11 Oktyabr 2019    Oxunub:3241
“Seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasından prokurorluq orqanlarına daxil olan müraciətlərə çox ciddi yanaşılır”

Azvision.az xəbər verir ki, bunu Baş Prokurorun birinci müavini Rüstəm Usubov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.
O bildirib ki, bələdiyyə seçkiləri ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir: "Arzu edirəm ki, bələdiyyə seçkilərini uğurla keçirək, çünki bu, əhəmiyyətli tədbirdir. Bələdiyyə seçkiləri ölkəmiz üçün mühüm və əlamətdar bir hadisədir. Bu seçkilərdə hər birimiz aktiv şəkildə iştirak etməliyik. Həmişə olduğu kimi, seçki qanunvericiliyini qorumalıyıq. İnanıram ki, seçkini yüksək səviyyədə keçirəcəyik. Cəmiyyətin tərəqqi və inkişaf yolu demokratik seçkilərdən keçir. Seçkilər mühüm əhəmiyyətli siyasi tədbir olaraq ölkədə demokratiyanın başlıca göstəricisi və xalqın iradəsinin qanuni formasının ifadəsidir”.

R.Usubov vurğulayıb ki, son dövrlər bələdiyyələrin statuslarında ciddi dəyişikliklər baş verir və onlara əlavə səlahiyyətlər verilir.

Baş Prokurorun birinci müavini diqqətə çatdırıb ki, seçki prosesinə müdaxilə edən şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Seçki   Prokurorluq   Rüstəm-Usubov  





Xəbər lenti