Məişət zorakılığı ilə bağlı cinayətlər 21 faiz artıb

  Məişət zorakılığı ilə bağlı cinayətlər 21 faiz artıb
  11 Oktyabr 2019    Oxunub:1890
Cari ilin birinci yarısında qeydə alınmış 678 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 21,5 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, məişət zorakılığı ilə bağlı cinayətlərin 11,9 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 3,1 faizi sərxoş vəziyyətdə törədilib.
Bundan əlavə, qeyd olunub ki, məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 89,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 5,5 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 1,9 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 0,7 faizi əzab vermə, 2,4 faizi isə digər cinayətlərə aiddir.

Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı 21,6 faiz artaraq 699 nəfər olub ki, onların da 78,5 faizini qadınlar, 1,9 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib.

Bu cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin sayında Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 18,8 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 15,4 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 12,9 faiz azalma, Bakı şəhəri üzrə 28,3 faiz, Lənkəran iqtisadi rayonu üzrə 2,0 dəfə, Dağlıq-Şirvan iqtisadi rayonu üzrə 1,7 dəfə, Aran iqtisadi rayonu üzrə 24,2 faiz, Abşeron iqtisadi rayonu üzrə 23,5 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə isə 13,0 faiz artım müşahidə olunub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Cinayət   Statistika   Kriminal  





Xəbər lenti