“Azərbaycan tərəfdaş olaraq özünü doğruldub” - Aİ səfiri

   “Azərbaycan tərəfdaş olaraq özünü doğruldub” -    Aİ səfiri
  11 Oktyabr 2019    Oxunub:2091
Azərbaycan Avropa İttifaqının tərəfdaşı olaraq özünü doğruldub. Son illər əməkdaşlıq bütün sahələri əhatə edib.
Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas deyib. Aİ səfiri bildirib ki, Azərbaycanla təhsil, səhiyyə, regionların inkişafı, gender bərabərliyi və s. istiqamətlərdə əməkdaşlıq edilib.

Səfir vurğulayıb ki, Azərbaycan tvininq təşəbbüslərinə görə də öndə gedir: "Qarşıya qoyulan məqsəd Avropa Komissiyasının tərkibinin formalaşdırılmasıdır. Azərbaycanla gələcək əməkdaşlığımız haqqında danışmağın vaxtıdır. Azərbaycan bu prosesə hansı töhfəni verməyə hazırdır? Bu haqda müzakirələr aparılacaq. Gələcəklə bağlı üfuqləri dəyərləndirməliyik".

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Avropa-İttifaqı  





Xəbər lenti