“Trampla söhbətin dərci ABŞ-la əlaqələrə xələl gətirib” - Zelenski

  10 Oktyabr 2019    Oxunub : 1523
“Trampla söhbətin dərci ABŞ-la əlaqələrə xələl gətirib” - Zelenski
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığının mətninin dərc olunmasını müsbət qarşılamayıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Zelenski danışıq mətninin dərc olunmasını ölkələr arasındakı əlaqələrə xələl gətirdiyini söyləyib:

“Trampla söhbət zamanı Ukrayna qanunlarını pozmamışam. Ancaq telefon danışığının mətninin dərc olunmasından məmnun deyiləm. Bu, hər hansı bir diplomatik münasibətləri sarsıdır”.

Azvision.az

Teqlər: Ukrayna   ABŞ