Prezidentin “Valday”dakı çıxışı siyasi qələbədir - Zahid Oruc

Prezidentin “Valday”dakı çıxışı siyasi qələbədir - Zahid Oruc
  10 Oktyabr 2019    Oxunub:3629
"Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı nəzərdə tutulan hədəflərə çatıb və bu çıxış 2016-cı ilin aprelindəki döyüşlərdə qazandığımız uğur kimi siyasi qələbədir"
Azvision.az xəbər ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən dəyirmi masada deyib

Z.Orucun sözlərinə görə, tarix göstərir ki, biz son 100 ildə nə vaxt Rusiya ilə düzgün işləməmişik, torpaq itirmişik: "1990-cı illərdə bizi beynəlxalq məkanın əli ilə Rusiya ilə toqquşdurub əzdilər. Həm Rusiyanın lehinə, həm də əleyhinə olanlar bilir ki, belə yüksək tribunadan heç kəs Prezident İlham Əliyev kimi çıxış edə bilməz. Bu çıxışın hədəfi təkcə Paşinyan, Ermənistan deyildi, həm də Azərbaycan cəmiyyəti idi. Prezidentin bu çıxışından sonra tutarlı cavab verən olmayıb. Ermənistan cəmiyyəti bu cür yüksək səviyyəli çıxışa cavab verəcək qədər hazırlıqlı deyil. Ermənistan mətbuatı da bu çıxışın güclü olduğunu yazdı".

Mərkəz sədri Azərbaycan cəmiyyətinin bu istiqamətdə təşkilatlanmasının vacib olduğunu bildirib: "Gözləyirdim ki, Prezidentin bu çıxışından sonra Rusiyada yaşayan azərbaycanlılar bu istiqamətdə addımlar atacaqlar. Bunu etməli idik. Bir çox siyasətçilər çağırışımıza səs verdi. Bu hərəkat ətrafında başqa xalqların da nümayəndələrini birləşdirmək mümkündür. 1990-cı ildən fərqli olaraq rusların böyük bir hissəsi bu ideyamıza tərəfdar olduqlarını bildiriblər. Ermənistan - Rusiya münasibətləri heç vaxt indiki kimi pis olmayıb. Azərbaycan - Rusiya münasibətləri son 100 ildə bu qədər yüksək səviyyədə olmayıb".

Elvin Abdulqədirov
Azvision.az




Teqlər: Zahid-Oruc  





Xəbər lenti