Goranboyda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər

Goranboyda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər
  10 Oktyabr 2019    Oxunub:2848
Səhiyyə Nazirliyi Goranboy rayonunda qonşusu tərəfindən ata bağlanaraq sürüdülən 35 yaşlı qadınla bağlı məlumat yayıb.
Nazirlikdən Azvision.az -a bildirilib ki, Goranboy rayonu, Xanqərvənd kənd sakini olan qadın sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur.

Fatkla əlaqədar hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Goranboy   At   Səhiyyə  





Xəbər lenti