Ağcabədi “ASAN Həyat” qazlaşdırılacaq

Ağcabədi “ASAN Həyat” qazlaşdırılacaq
  10 Oktyabr 2019    Oxunub:4764
Oktyabrın 10-da saat 14:00-dan etibarən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Asan Həyat” kompleksinin qazanxanasının qazlaşdırılması məqsədilə yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri görüləcək.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, həmin vaxt Ağcabədi şəhəri, bir neçə kənd və qəsəbədə qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti