Bakıda Əfqanıstan məhsullarının sərgisi keçiriləcək

  09 Oktyabr 2019    Oxunub : 1687
Bakıda Əfqanıstan məhsullarının sərgisi keçiriləcək
Oktyabrın 11-14-də Bakı Biznes Mərkəzində Azərbaycanın İqtisadiyyat, Əfqanıstanın Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Əfqanıstan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Əfqanıstan məhsullarının sərgisi təşkil olunacaq.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, sərgidə qida, tekstil, tikinti materialları istehsalı, inşaat və və sair sahələrdə fəaliyyət göstərən 40-dan çox Əfqanıstan şirkəti öz məhsullarını təqdim edəcək.

Azvision.az

Teqlər: Sərgi