Gömrükdə siqaret qaçaqmalçılığının qarşısı alınıb

  09 Oktyabr 2019    Oxunub : 1075
Gömrükdə siqaret qaçaqmalçılığının qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 7200 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşlarının “Mercedes-Benz 280” və “Opel Vectra” markalı avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 4200 ədəd “King” və 3000 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DGK   Gömrük   Komitə