İtkin düşən balıqçının axtarışları davam edir

İtkin düşən balıqçının axtarışları davam edir
  09 Oktyabr 2019    Oxunub:2464
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən SA-1672 bort nömrəli bayda tipli üzmə vasitəsinin heyət üzvü1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam edir.
Bu barədə Azvision.az -a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, üzmə vasitəsinin xilas edilmiş digər 3 üzvü müvafiq tibbi yardım göstərildikdən sonra evlərinə buraxılıb.

Azvision.az




Teqlər: DSX  





Xəbər lenti