Bakı sakinini döyüb pulunu aldılar

Bakı sakinini döyüb pulunu aldılar
  09 Oktyabr 2019    Oxunub:1815
Abşeron RPİ-yə müraciət edən Bakı şəhər sakini T.Baxşıyev oktyabrın 5-də saat 3 radələrində 4 nəfərin onu döyərək 550 manatını aldıqlarını bildirib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Babayev, Yevlax rayon sakini T.İmranov, Gədəbəy rayon sakini M.Ələsgərov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Quldurluq   Şübhəli   Saxlanılıb  





Xəbər lenti