Qonşusunu qarət edən keçmiş məhkum tutuldu

  09 Oktyabr 2019    Oxunub : 1165
Qonşusunu qarət edən keçmiş məhkum tutuldu
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət edən bir qadın oktyabrın 2-də həyətində qonşusunun onun boynundakı 1200 manat dəyərində qızıl boyunbağını qıraraq aparmasını bildirib.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, soyğunçuluq, narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş qəsəbə sakini E.Səfərov saxlanılıb.

Azvision.az

Teqlər: DİN