Sudanın Suveren Şurasının rəhbəri Azərbaycana gəlir

  09 Oktyabr 2019    Oxunub : 1054
Sudanın Suveren Şurasının rəhbəri Azərbaycana gəlir
Sudan Respublikasının idarəçi Suveren Şurasının rəhbəri Əbdül Fəttah əl-Burhan Azərbaycana səfər edəcək.
Bu barədə Azvision.az -a Sudanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallay məlumat verib. Onun sözlərinə görə, Sudan lideri oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə toplantısında iştirak edəcək.

Əbdül Fəttah əl-Burhanın həmçinin bir sıra ikitərəfli görüşləri planlaşdırılır.

Qeyd edək ki, Sudanın Hərbi Şurasının başçısı general-leytenant əl-Burhan bu ilin avqust ayından ölkənin yeni formalaşdırılmış idarəçi Suveren Şurasının rəhbəri vəzifəsini icra etməyə başlayıb.

Suveren Şura ölkəni üç il müddətinə idarə edəcək. Əl-Burhan 18 ay Suveren Şuraya rəhbərlik edəcək. Daha sonra idarəetmə funksiyaları mülki təmsilçiyə həvalə olunacaq.

Xatırladaq ki, Zirvə toplantısında beynəlxalq təşkilata sədrlik Azərbaycana keçəcək. Azərbaycan qarşıdakı 3 il (2019-2022-ci illər) ərzində bu beynəlxalq quruma rəhbərlik edəcək. Hazırda quruma Venesuela sədrlik edir.

P.Sultanova
Azvision.az

Teqlər: