Müharibə əlilləri və veteranlardan Prezidentə müraciət

  Müharibə əlilləri və veteranlardan Prezidentə müraciət
  08 Oktyabr 2019    Oxunub:4073
Laçın rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid ailələrindən sonra Azərbaycanın işğal olunmuş digər rayonlarından olan veteranlar da müraciətə qoşulub.
Azvision.az -ın məlumatına görə, müraciətdə bildirilib ki, Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasət Azərbaycanın hərtərəfli inkişafını təmin edir.

“Dövlətimizin gücü artır, həyata keçirilən sosial islahatlar hər bir vətəndaşın həyatına müsbət təsir göstərir. Biz – müharibə əlilləri və veteranları Sizin daim diqqət və qayğınızı hiss edirik. Siz xalqı öz ətrafınızda sıx birləşdirərək Ulu Öndər Heydər Əliyevin yolu ilə irəli addımlayırsınız. Bu yolda biz də Sizinlə birlikdəyik. Sizə inanırıq, Sizi dəstəkləyirik. Əminik ki, Sizin qətiyyətli, cəsarətli, düşünülmüş siyasətiniz nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, biz doğma yurd yerlərinə, əzəli torpaqlarımıza qayıdacağıq! Biz də Laçın rayonundan olan Qarabağ müharibəsi əlilləri və veteranlarının müraciətinə qoşularaq bir daha bəyan edirik ki, yolumuz Heydər Əliyev yoludur. Sizin rəhbərliyinizlə addımladığımız bu yolda uğurlarımız daim artacaqdır! Bu gün Azərbaycan birlik və həmrəylik, sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Biz heç kəsə öz bəd niyyətini gerçəkləşdirməyə imkan vermərik!”, - deyə müraciətdə deyilir.

Qeyd edək ki, müraciəti Ağdam, Şuşa, Xocavənd, Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl rayonlarından olan Qarabağ müharibəsi əlilləri və veteranları imzalayıb.

Azvision.az



Teqlər: Prezident   Müraciət  





Xəbər lenti