DSK sədrlərinə seminar-müşavirə keçiriləcək

  08 Oktyabr 2019    Oxunub : 1148
DSK sədrlərinə seminar-müşavirə keçiriləcək
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Azvision.az xəbər verir ki, MSK sədri ilk olaraq gündəlik barədə iclas iştirakçılarına məlumat verib.

Daha sonra çıxış edən MSK-nın katibi Mikayıl Rəhimov vurğulayıb ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissədə icrası, eləcə də bələdiyyə seçkilərinin təşkilinin daha da təkmilləşdirilməsi məqsədi ilə genişmiqyaslı maarifləndirmə layihəsi həyata keçiriləcək.

Onun sözlərinə görə, tərtib edilən tədris proqramına uyğun olaraq, oktyabrın 11-də Bakı şəhərində MSK-nın inzibati binasında dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə, 15-17 oktyabrda isə dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçiriləcək.

İclas cari məsələlər ətrafında müzakirələrlə davam edib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   İclas