Azərbaycanda cinayət törədən qadınların sayı artıb

   Azərbaycanda cinayət törədən qadınların sayı artıb
  08 Oktyabr 2019    Oxunub:2571
2019-cu ilin yanvar–iyun ayları ərzində ölkədə 8941 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların 77,5 faizi cinayət məsuliyyətinə cəlb olunub.

Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, cinayət məsuliyyətinə cəlb olunan şəxslərin 60,6 faizi əmək qabiliyyətli yaşda olub heç bir yerdə oxumayan və işləməyənlər, 15,5 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir.
“Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,7 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi 2,3 faiz təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət törətmiş qadınların sayı 5,1 faiz artıb, 14-17 yaşda olan uşaqların sayı isə 22,3 faiz azalıb".

Bundan əlavə, bildirilib ki, cari ilin birinci yarısında qeydə alınmış cinayət hadisələrinin 2472-si və ya 18,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub, onların 59,6 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,2 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 5,7 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,4 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər, 0,1 faizini isə digər cinayətlər təşkil edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Statistika   Cinayət   Qadın  





Xəbər lenti