XİN baçısı Qazaxıstanın səfirini qəbul edib

  07 Oktyabr 2019    Oxunub : 1028
XİN baçısı Qazaxıstanın səfirini qəbul edib
Xarici İşlər naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Serjan Abdıkarimovu qəbul edib.
XİN-dən Azvision.az - a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Serjan Abdıkarimovu səfir təyin olunması münasibətilə təbrik edib və qardaş Qazaxıstan səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin siyasi, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Eyni zamanda ölkələr arasında iqtisadi və ticarət sahələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Səfir Serjan Abdıkarimov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik inkişaf strategiyası sayəsində Azərbaycanın regionda mühüm rol oynadığını və bu xüsusda ölkəmiz tərəfindən həyata keçirilən enerji, nəqliyyat və infrastruktur layihələrin əhəmiyyətini qeyd edib. O, iki ölkənin birgə həyata keçirdiyi layihələrinin uğurundan bəhs edərək bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.

E.Məmmədyarov Qazaxıstan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq təşkilatlarda nümayiş etdirdiyi prinsipial mövqeyə, ölkəmizin suverenliyi və ərazi bötövlüyünün daimi dəstəyinə görə təşəkkür ifadə edib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

S.Abdıkarimov etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Azvision.az

Teqlər: XİN