Sükan arxasında siqaret çəkən 55 sürücü tənbeh edilib

Sükan arxasında siqaret çəkən 55 sürücü tənbeh edilib
  07 Oktyabr 2019    Oxunub:1891
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı həyata keçirilən layihə uğurla davam edir.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, layihənin icra edildiyi 3-cü rübün sonunda sərnişinlər tərəfindən avtobus sürücülərin sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 149 müraciət daxil olub.

Bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 55 avtobus sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbiri görülüb.

Aparılan monitorinqlər zamanı müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin tütün məmulatından istifadə hallarında azalma müşahidə edilir.

Azvision.az



Teqlər: BNA  





Xəbər lenti