Fədayə Laçın azadlığa çıxmağa hazırlaşır
Bunu Azvision.az -a açıqlamasında müğənninin vəkili Nurəngiz Qarayeva deyib. Onun sözlərinə görə, F.Laçın oktyabrın 30-da azadlığa çıxmağa hazırlaşır.
Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhkumlar - "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində saxlanılıb. Keçirilən əməliyyatla Etibar Məmmədov məhv edilib, Əli Ağami isə ələ keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sentyabrın 30-da F.Laçının apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə yekun qərar elan edilib. Qərara əsasən, onun cəzası 2 ilə endirilib.
Aytən Zəhra
Azvision.az
Teqlər: Fədayə-Laçın Müğənni Vəkil