Vüqar Səfərlidən jurnalistlərə şad XƏBƏR

 Vüqar Səfərlidən jurnalistlərə şad XƏBƏR
  10 Dekabr 2013    Oxunub:1630
Bakının Səbail rayonu ərazisində jurnalistlər üçün inşa edilmiş binadan ev alan media işçilərinin yeni mənzillərinə köçürüləcəyi tarix məlum olub.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli “Movqe.az”a deyib ki, yaxın günlərdə mənzil almış şəxslərlə ümumi toplantı keçiriləcək, məskunlaşma şərtləri açıqlanacaq. Onun sözlərinə görə, jurnalistlər dekabrın 25-ə kimi mənzillərinə köçə biləcəklər. Fond rəhbəri bildirib ki, dekabr ayının 25-dək mənzil alan jurnalistlərlə toplantı keçiriləcək:

"Biz mənzil alan jurnalistləri dekabrın 25-dək Fonda dəvət edəcəyik. Hazırda mənzillərin sahiblərinin su, işıq, qazla bağlı sənədlərinin hazırlanması ilə məşğul oluruq. Əslində, bu işi onlar özləri görməli olsalar da, biz istədik ki, kommunal xidmətlərlə bağlı sənədləşmələri onların adına rəsmiləşdirərək bunu paket şəklində jurnalistlərə təqdim edək”.

AzVision.az


Teqlər:  





Xəbər lenti